Pəhləvi İranın dövlət telekanallarında görünüb | VİDEO

   Pəhləvi İranın dövlət telekanallarında görünüb    | VİDEO
  19 Yanvar 2026    Oxunub:819
İranın bir neçə dövlət televiziyası kiberhücuma məruz qalıb.
AzVision.az “Iran International” telekanalına istinadən xəbər verir ki, kiberhücum nəticəsində tele-efirdə Rza Pəhləvinin ordunu mövcud hakimiyyətə qarşı kütləvi etirazlara dəstək verməyə çağıran müraciəti yayımlanıb.

Rza Pəhləvi hakimiyyətə iddiasını izah edib | VİDEO
Hadisə yanvarın 18-də axşam saatlarında baş verib. Həmin vaxt bir sıra dövlət telekanallarının “Bədr” peyki vasitəsilə həyata keçirilən müntəzəm yayımları kəsilib.

Xatırladaq ki, bundan əvvəl Rza Pəhləvi “The Economist” nəşrinə müsahibəsində cəmiyyətin etibarını qazandığı üçün keçid dövründə real hakimiyyəti öz üzərinə götürməyə hazır olduğunu iddia edib.

<
Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Pəhləvi   İran   televiziya  



Xəbər lenti